adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Evimdə cinayətkar böyüyür?!

CEYHUN MUSAOĞLU
26016 | 2008-03-01 05:40
Doğrudanmı, hər şey bitdi?! Doğrudanmı, Xanlar Quliyevin dağıtdığı, Vahid Əliyevin tör-töküntülərini yığdığı, Natiq Dünyamalıyevin silib-süpürdüyü xaraba Mehdiabadda qazsız, susuz, işıqsız, yolsuz, məktəbsiz, mədəniyyətsiz çürüməyə məhkumam?! Doğrudanmı, üçüncü sinifdə oxuyan qızım cındırından cin hürkən, tikiləndən altı ay sonra büdcəyə qoşulan məktəbdə hələ bundan sonra da 8 il Xanımana Əlibəylinin düşük şeirlərini əzbərləyəcək, Zahid Qaralovun uşaqlara həyatdan çox, ölümü aşıladığı "Həyat bilgisini" oxuyacaq, meşələrdə pusqu qurub, qadağan olunmuş ceyran ovuyla məzələnən Səməd Vurğunun "Nə gözəl yaraşır Muğana ceyran" misrasını yadından çıxmasın deyə, on dəfə təkrar edib, atasının, anasının ürəyini bulandıracaq?! Doğrudanmı, riyaziyyat müəllimi kəsik piramidanın həcminin tapılması üçün uşağı məcbur edəcək ki, əvvəlcə bu fəza cismini düz piramidaya tamamlayıb, sonra məsələni həll etsin. Axı kəsik piramidanın həcmini tapmaq üçün də düstur var:
   
    Doğrudanmı, uşaqlara başa salan tapılmayacaq ki, nəyinsə həllinə nail olmaqdan ötrü həsiri basmadan dolanıb gəlmək vacib deyil. Hər şeyin kəsə yolu var. Doğrudanmı, müəllimlər həmişə uşaqları aldadacaqlar ki, problemləri olanda, əvvəlcə sinif nümayəndəsinə, sonra müəllimə şikayət etsinlər. Guya müəllim direktoru özü məlumatlandıracaq? Doğrudanmı, qızım beynində soxulcanlar bəsləyən direktorun qapısını təpiklə açıb, "biz sənin rəhbərliyin altında oxumaq istəmirik" sözlərini sillə kimi onun üzünə vurmayacaq?
   
    Azərbaycan universitetlərinə daxil olmaq axmaqlıq, orada təhsil almaq rəzillikdir. Doğrudanmı, qızım dəxli olmayan birisinin rektorluq etdiyi universitetə daxil olacaq, məhbuslar üçün nəzərdə tutulan, Bakıda isə sərnişin daşıyan "210" saylı marşrutda bir ayaq üstündə dərsə gedib-gələcək, elə bir ayaq üstündə də oranı bitirəcək, sonra ömrünün axırına qədər kiminsə xarabasında bozbaş bişirəcək?!
   
   Doğrudanmı, mənim həyatımda hər şey belə başlamışdı, belə də bitəcək?!
   
    Adil Mirseyidin bir maraqlı fikri var: "

TƏQVİM / ARXİV