Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BEŞİNCİ RƏHBƏR Adalet.az | BEŞİNCİ RƏHBƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BEŞİNCİ RƏHBƏR

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən vıı yazı )

18055    |   2008-03-01 05:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1982-ci ilin noyabr ayının 7-də Qızıl meydanda Oktyabr inqlabının 65-ci ildönümü münasibətilə zəhmətkeşlərin ənənəvi bayram nümayişi və hərbi parad keçirilirdi. lkə əhalisi Mərkəzi Televiziya ilə canlı olaraq yayımlanan bu mərasimə tamaşa edirdi. Hökumət tribunasından Baş katibimiz Leonid Brejnev əl sallayıb Leninin mavzoleyi önündən keçənləri gülər üzlə salamlayırdı. Mavi ekranda iri planda Leonid İliçi gumrah vəziyyətdə görəndə, biz nə biləydik ki, cəmi üç gün sonra onunla əbədi vidalaşmalı olacağıq. Həmin axşam Kremldə bayram münasibətilə düzənlənən ziyafət, sən demə, onun bir növ öz iştirakı ilə keçirilən halallaşma məclisi, sağollaşma mərasimi imiş. Fəqət, Tanrıdan başqa kimsənin bundan xəbəri yox idi...
   
   Brejnev özü demişdi ki, noyabrın 12-də siyasi varisimin adını açıqlayacağam. Bu məlumatın doğruluğunu yaxın ətrafindakılar da etiraf edir. Səhhətində günbəgün artan problemlərdən bezən rəhbər vəzifəsindən istefa verəcəyi barədə artıq qəti qərara gəlmişdi. Bəs, görən, onun namizədi kim olacaqdı?
   
   Noyabrın 7-də Brejnev paradı qəbul etdi, axşam ziyafətdə hamıyla birlikdə şənləndi, amma 12-nə kimi yaşamaq ona nəsib olmadı. Noyabrın 10-da onun kiçik ürəyi hakimiyyətin böyük yükünü daşımaqdan biryolluq imtina etdi. Həmin gün Baş katibin bağ evinə özünü ilk yetirən DTK sədri Yuri Andropov oldu. Maraqlıdır ki, Stalin də bağ evində canını tapşıranda, hadisə yerinə NKVD-nin rəhbəri Lavrenti Pavloviç Beriya hamıdan tez gəlmişdi. lüm xəbəri sürətlə yayılmağa başlasa da, Brejnevin vəfatı barədə rəsmi məlumat bir gün sonra elan olundu. Vida mərasiminin hazırlığına Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Yuri Andropov rəhbərlik edirdi. Beləliklə, Leonid İliç son mənzilə yollanmamışdan ölkənin beşinci rəhbərinin kimliyi bəlli oldu. Şahlıq quşu seçilmişlərin içində bu dəfə niyə məhz Yuri Vladimiroviçin başına qondu? Kim idi o, və yaşı altmış beşi haqlamış çoxmillətli nəhəng dövlətə nə kimi yeniliklər gətirəcəkdi?
   
   
   
   * * *
   
   Yuri Vladimiroviç maraqlı və mürəkkəb şəxsiyyət idi. 1914- cü il iyun ayının 15-də anadan olan bu insan günlərin birində 15 il DTK-ya sədrlik edəcəkdi və kiçik fasilədən sonra düz 15 ay SSRİ-nin beşinci rəhbəri olacaqdı.Andropovun tərcümeyi-halının qaranlıq məqamları çoxdur. Anadangəlmə ismi pünhanın əsli-nəcabəti, milli mənsubiyyəti indiyədək tam bəlli deyil. Müxtəlif vaxtlarda tərtib olunan sənədlərdə göstərilən məlumatlar bir-birindən fərqlənir. Bir çox araşdırmaçıların fikrincə, Andropovun anası Yevgeniya Karlovna Flekenşteyn idi. Kareliyanın partiya arxivində Yevgeniya xanımın adı, familiyası və atasının adı qeyd olunmuş nadir foto şəkli qorunub saxlanılır. Tam dəqiqləşdirilib ki, Yevgeniya Karlovna uzun illər Moskvada yaşayıb. Hətta onun ünvanı da bəllidir: Bolşaya Lubyanka, ev 26. XIX əsrin axırlarından bu evdə vaxtilə onun atası, Finlandiya yəhudisi, saat və zinət əşyaları ticarətiylə məşğul olan Karl Franseviç Flekenşteyn məskunlaşıb. Amma gələcəyini düşünən Andropov (bəlkə də ağıllı anasının məsləhətiylə-E.B.) o illərin siyasi konyukturasına uyğun tərcümeyi-halında bəzi dəyişik-liklər etmək qərarına gəlir. O dövrdə irəli çəkilən hər bir insanın ilk növbədə sosial mənşəyinə diqqət yetirərdilər. Yəhudi əsilli tacir ailəsində böyüyən gəncə bəlkə də genetik yəhudi ağlı yol göstərdi ki, sonrakı həyatını düşünmək vaxtı çatıb. İndi özünə gün ağlamasan, tərcümeyi-halın olduğu kimi qalsa, gələcəkdə irəli getmək çətin olacaq. Beləliklə, doğum yeri, tarixi, valideynləri, sosial mənşəyi və milli mənsubiyyəti barədə düşünülmış və əsaslandırılmış uydurmaları rəsmiləşdirməyə çalışıb. Sənədlərdə Osetiyada proletar ailəsində doğulduğunu, milliyyətcə rus olduğunu qeyd edən gənc bu minvalla qarşılaşa biləcəyi bir cox çətinlikləri dəf edəcəyinə inanırdı. Fəqət, nə qədər tədbirli tərpənsə də sənəd tərtib edəndə hər dəfə müəyyən yanlışlıqlara yol verirdi. Məsələn, Rıbinskdə texnikuma daxil olmaq üçün təqdim etdiyi sənədlərdə Yuri yazırdı ki, 1916-cı ildə, iki yaşında olanda atasını itirib. 1937-ci ildə başqa bir tərcümeyi-hal vərəqini doldurarkən atasının 1919-cu ildə vəfat etdiyini bildirir. Onu da deyim ki, Vladimir Liberman dəmir yolu stansiyasinda teleqrafçı işləyirmiş. Oktyabr inqilabından sonra soyadını dəyişərək Andropov olmuşdu. Məlumatlara görə, 1919-cu ildə tif xəstəliyinə tutularaq vəfat etmişdi. O illərdə arada söz-söhbət də gəzirdi ki, Yurinin atası çar ordusunun zabiti olub və Birinci Cahan savaşından qayıtmayıb. Burda da bir məntiq var. Axı, o hansı dəli məhəbbət idi ki, Moskvada yaşayan varlı tacir qızını 1913-cü ildə Stavropolun kəndində dəmir yolu stansiyasında işləyən yəhudi teleqrafçıya ərə gətməyə sövq etmişdi? Bu "eşq macərası" Oktyabr inqilabından sonrakı dövrün məhsulu olsa, bəlkə də, inandırıcı səslənə bilərdi. Uydurmaların hansına inanaq? Anası ilə bağlı məlumatlarda da dolaşıq məqamlar az deyil. 1937-ci ildə Andropov yazır ki, anam 1930-cu ildə vəfat edib. 1939-cu ildə nədənsə anasını 1931-ci ildə itirdiyini göstərir. Arxivdə aşkarlanan başqa bir sənəddə isə öz əliylə yazır ki, anam 1929-cu ildə rəhmətə gedib. İnsan da anasının, atasının ölüm tarixini unudar? Əgər saxtakarlıq bilərəkdən edilibsə, görən, nə məqsəd güdüb? Başqa bir misal çəkim. Günahsız qanların su yerinə axıdıldiğı 1937-ci ildə anasının Moskvada peşə ustası ailəsində doğulduğunu göstərir. İki il sonra öz "səhvini" düzəldərək yazır ki, anam xidmətçi ailəsində dünyaya gəlib. Qundaqda olan vaxtından ona Flekenşteyn adlı saatsaz sahib çıxıb, tərbiyə edib, böyüdüb. Onu da qeyd edib ki, rəsmi sənədlərdə Flekenşteynin tacir olduğu deyilir və bu xeyirxah insan 1915-ci ildə Moskvada vəfat edib. Partiya sıralarına daxil olmaq üçün müraciətinə baxılanda onun tacir ailəsiylə əlaqəsi diqqətdən yayınmadı, uzun sürən sorğu-sual başlandı. Andropov soyuqqanlıqla bu məsələlərə dəfələrlə münasibət bildirəndə, hər dəfə yaxşı əzbərlədiyi məlumatı səsləndirirdi: "Anam əslən Ryazandandır. Körpəlikdən Moskva şəhərində yaşayan Finlandiya vətəndaşı, saatsaz Flekenşteynin himayəsində böyüyüb. 17 yaşından musiqi müəlliməsi kimi əmək fəaliyyətinə başlayıb". Maraqlı cəhət odur ki, Andropov heç vaxt heç yerdə, o cümlədən illər boyu doldurduğu çoxsaylı şəxsi uçot vərəqələrində anasının adını bir dəfə də olsun çəkməyib.
   
   Yenə bir müəmmalı məqam. Anası Yevgeniya Karlovna üçüncü dəfə rəsmən parovoz maşinisti Fyodorova ərə gedib. 1931-ci ildə yeddi illik məktəbi bitirəndə sənədlərdə onun adı nədənsə Qreqori Vladimiroviç Andropov-Fyodorov kimi göstərilir. Arxiv materialları ilə tanışlıq bir daha sübut edir ki, gənc yaşlarından bu adamın şəxsiyyətindən, əməllərindən baş açmaq müşkül işdir. 1937-ci ildə "xalq düşmənləri"nin ifşasında fəal iştirak edə-edə Yaroslav Vilayət Komsomol Komitəsinin birinci katibi seçilib. 1938-ci ildən o, Kareliya Komsomol Komitəsinə rəhbərlik etməyə başlayıb. Anası üç dəfə ərə gedib, oğulun özü də iki dəfə evlənib. 1935-ci ildə Nina Yenqalıçeva ilə ailə qurub, iki uşaq atası olub. Beş il sonra Ninayla boşanıb. İş yerini dəyişəndə ailə həyatını da təzələyib. Kareliyada gənc müəllimə Tatyana Lebedeva ilə evlənib. Ondan da iki uşağı olub. Andropovun müharibə dövründəki fəaliyyəti barədə çox az məlumat var. Sadəcə onu yazırlar ki, Kareliyada partizan hərəkatının təşkiliylə məşğul olub. O, 1944-cü ildə Qırmızı bayraq ordeninə layiq görülüb. Yetmişinci illərin Ordu generalının İkinci Dünya Müharibəsində yeganə təltifi, mən bilən, elə ancaq bu orden olub. Müharibədən sonra müxtəlif vəzifələrdə çalışsa da diqqət çəkən əməlləri olmayıb. 1953-cü ildə Budapeştə diplomatik işə göndərilib. Bir il sonra Macarıstanda SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Həmin dövrdə macar xalqı çətin günlərini, Yuri Vladimiroviç isə karyerasında yüksəliş illərini yaşayırdı.
   
   
   
   * * *
   
   Stalinin vəfatından sonra Avropanın sosialist ölkələrində mövcud siyasi rejimə və həyat tərzinə qarşı narazılıqlar getdikcə artırdı. Macarıstanda müharibədən sonrakı dövrdə aparılan repressiyalara rəhbərlik edən Matias Rakoşi 1956-cı ilin iyununda hakimiyyətdən kənarlaşdırıldı. Məmləkətində qala bilməyən qəddar lideri Moskva öz qanadının altına aldı. Rakoşinin siyasəti ölkədə kommunistlərin nüfuzuna ciddi zərbə endirmişdi. Xalqın təkidilə ictimaiyyət arasında reformator kimi tanınan İmre Nad Baş nazir təyin edildi. Az vaxtda ölkədə demək olar ki, inqilabi dəyişikliklər baş verdi: siyasi dustaqlar azadlığa buraxıldı, çoxpartiyalı sistem yaradıldı, mətbuat və söz azadlığı verildi. Reformalar xalq tərəfindən rəğbətlə qarşılandı. Həmin günlərdə Budapeşt küçələrində özbaşınalıq halları da baş verirdi. Rakoşi dövründə əli xalqın qanına bulaşanları harda gəldi tutub yol kənarlarındakı işıq dirəklərindən asırdılar. Bu hadisələri müşahidə edən SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri Y. Andropovun fikrincə, şəhərə sovet qoşun hissələrinin yeridilməsi labüd idi. Vəziyyəti yerində təhlil edib Kremlə məruzə eləmək üçün Mixail Suslov və Anastas Mikoyan təcili olaraq Budapeştə uçdular. Səfir onları yaranmış vəziyyətlə ətraflı tanış edib öz mülahizələrini söylədi: əgər Macarıstanı itirmək istəmiriksə, nəyin bahasına olursa-olsun, qiyamın qarşısı alınmalıdır. Yaranmış vəziyyətdən yeganə çıxış yolu silahlı müdaxilədir. Suslov və Mİkoyan vətənə qayıdıb vəziyyət barədə Nikita Xruşşova məruzə etdilər. Ordu yeridilməsinə əmr verilən kimi, çağırılmamış top-tüfəngli "qonaqlar" nümayişçilərə amansız divan tutmağa başladılar. Dunay sahilindəki bu qədim şəhər yenə hərb meydanına çevrildi. Hər iki tərəfdən yüzlərlə ölənlər vardı. Həmin günlər Andropovun başlıca vəzifəsi Baş nazirin fikrini Moskvanın gerçək niyyətindən yayındırmaq idi. O, İmre Nadı inandırır ki, Sovet rəhbərliyi Macarıstanda gedən siyasi prosesləri dəstəkləyir. Eyni vaxtda Ujqorod şəhərində gizli şəraitdə Yanoş Kadorun rəhbərliyi ilə Macarıstana rəhbərlik edəcək yeni hökumət formalaşırdı. Andropov Budapeştin polis rəisinə yeni hökumətin tərkibində təmsil olunacağını söz vermişdi. Bununla onu demək olar ki, ən həlledici məqamda neytrallaşdırmışdı. Guya Nazirlər Kabinetinin iclasına dəvət alan rəis Şandor Kapoçinin təhlükəsizliyi üçün dalınca rusların zirehli maşınını göndərmişdi. Lakin bu maşın onu birbaşa həbsxanaya gətirdi. Sovet tanklarının tırtılları altında qanına qəltan edilən macarların lideri İmre Nad birtəhər Yuqoslaviya səfirliyində özünə sığınacaq tapmışdı. Andropovla məsləhətləşəndən sonra Yanoş Kador hökuməti keçmiş baş nazirə zəmanət verdi ki, ölkəni maneəsiz şəkildə tərk edə bilər. O, bu yağlı vədə inanıb səfirliyin ərazisindən çıxdı. Rumıniya sərhəddinə çatanda Sovet əsgərləri İmre Nadı yaxaladılar. Xalqına demokratik dəyişikliklər bəxş etmək niyyətində olan reformaçı İmre Nad həmin andan azadlığını biryolluq itirdi və il yarım sonra qatı cinayətkar kimi Budapeştdə dar ağacından asıldı.
   
   1957-ci ilin martında Andropov Moskvaya geri çağırıldı. Budapeştdəki xidmətləri nəzərə alınaraq, onu Mərkəzi Komitənin sosialist ölkələri ilə əlaqələr şöbəsinə müdir təyin etdilər. Yuri Vladimiroviçin həlledici zəfər yurüşünə isə hələ xeyli vardı.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK