adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Noyabr 2014 22:22
4694
SİYASƏT
A- A+

Əlcəzairdə Azərbaycan səfirliyi açılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. 


Adalet.az xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycanın Əlcəzairdə səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.