adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2014 17:40
3768
SAĞLAMLIQ
A- A+

4 ildən bir böyüyən qız

Amerikalı Gabbi Villiams adlı qız çox nadir hallarda rastlanan xəstəlikdən əziyyət çəkir. Belə ki, təqvim yaşı nə qədər artırsa-artsın uşaq olduğu kimi qalır. Hazırda 9 yaşında olmasına baxmayaraq, 2-3 yaşındakı kimi görünür, hər 4 ildən bir qismən böyüyür.

Mütəxəssisləri isə qızcığazdan çox elm maraqlandırdığından, hazırda qızın üzərində təcrübə apararaq yaşlanmanı əngəlləyən səbəbi axtarırlar ki, gələcəkdə bunu da "kolleksiya”larına yaza bilsinlər. Başqa sözlə, yaşlanma əleyhinə inqilab yaratsınlar. Uşağın yaşayıb-yaşamayacağı, ümumiyyətlə səhhəti barədə isə heç bir söz deyə bilmirlər.