adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2014 17:27
8863
MƏDƏNİYYƏT
A- A+

Nazir lavaş qalmaqalından danışdı

"Fayl yalnız Ermənistan daxilində lavaş çörəyinin bişirmə ənənələrinə aid olduğu üçün qəbul olunub” 


Adalet.az xəbər verir ki, bu sözləri Türkiyədə beynəlxalq tədbirdə iştirak edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev səsləndirib. Bu haqda ATV-yə eksklüziv açıqlama verən nazir bidirib: "Azərbaycan dövləti, Türkiyə, İran, Qırğızıstanın və bir neçə başqa ölkənin fəaliyyəti nəticəsində ilk təqdim olunan fayl UNESKO tərəfindən qəbul olunmadı. Fayl yalnız Ermənistan daxilində lavaş çörəyinin bişirmə ənənələrinə aid olduğu üçün qəbul olunub. Biz inkar edə bilmərik ki, Ermənistanda belə çörək bişirilmir".

Nazir Azərbaycan xalqını, kəlağayının UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına düşməsi münasibəti ilə də təbrik edib: "Hamınızı təbrik etmək istəyərdim ki, Azərbaycanın kəlağayısı artıq bəşəriyyətin inciləri siyahısına daxil oldu. Bu, çox əlamətdar hadisədir".