adalet.az header logo
  • Bakı 18°C
28 Noyabr 2014 16:41
6314
MƏDƏNİYYƏT
A- A+

Rəssamlıq Akademiyasında 2 sərgi açılıb

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) bu gün "Zövq” adlı sərginin açılışı olub.

Adalet.az xəbər verir ki, ADRA tələbələrinin foto işlərindən ibarət sərginin açılışında xalq rəssamları Arif Hüseynov və Fuad Salayev çıxış edərək 40 tələbənin 190 foto əsərlərinin nümayiş olunduğu sərgini yüksək qiymətləndiblər.

Bildirilib ki, Akdemiyanın müəllimi, fotoqraf Tahir Məmmədovun 2012-ci ildə tələbələrin iştrirakı ilə təşkil etdiyi "İşiq” adlı foto sərgisi hələ də unudulmayıb.

"Narıncı” adlı sərgi isə tanınmış rəssam Zaur Tağıyevin əsərlərindən ibarətdir. Burada onun müxtəlif illərdə işlədiyi 100-dən çox əl işi nümayiş olunub. Sərgi dekabrın 10-a qədər davam edəcək.