adalet.az header logo
  • Bakı 19°C
28 Noyabr 2014 15:45
2927
MƏMLƏKƏT
A- A+

Bilik Fondu ali məktəblərdə sislsilə görüşlər keçirir - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu həftə ərzində ali təhsil ocaqlarında professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirib.

Həftənin əvvəli Bilik Fondu Azərbaycan Turizm İnstitutunun qonağı olub.

Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov maarifçilik missiyası daşıyan Bilik Fondunun fəaliyyətini diqqətlə izlədiyini, həyata keçirilən layihələrin cəmiyyətin inkişafına dəstək olduğunu bildirib. İcraçı direktor Oktay Səmədov rəhbərlik etdiyi qurumun cəmiyyətin hər bir təbəqəsinə diqqət ayrıldığını və Fondun səmərəli təkliflərə açıq olduğunu deyib.

Fondun əməkdaşları Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələrini maraqlandıran sualları cavablandırıblar.

İkinci görüş Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) olub. Tədbirdə Fondun həyata keçirdiyi layihələr haqqında slaydlar göstərilib. Müəllim və tələbələrin suallarını cavablandıran O.Səmədov onları Fondun layihələrində fəal iştirak etməyə çağırıb. AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvani təklifi müsbət dəyərləndirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə maarifçilik missiyasının əhəmiyyətindən danışan Akademiyanın rektoru, millət vəkili Ağacan Əbiyev Bilik Fondunun fəaliyyətinin cəmiyyətin inkişafındakı önəmini vurğulayıb. Fondun nizamnaməsində sağlam həyat tərzinin təbliğinə, idmanın inkişafına dəstək verilməsi ilə bağlı müddəaların əksini tapdığını xatırladan O.Səmədov Akademiyanın müəllim və tələbələri ilə bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Bilik Fondunun təqdimatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də maraqla qarşılanıb. Universitetin Elmi və Yaradıcılıq İşləri üzrə prorektoru Məryəm Əlizadə birgə əməkdaşlıq planı hazırlamağı təklif edib. Fondun icraçı direktoru təklifdən razı qalıb və deyib ki, incəsənət nümayəndələri kreativ üsullardan yararlanaraq cəmiyyətin bilgiləndirilməsi prosesini sürətləndirməyi bacararlar.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Посмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображениеПосмотреть увеличенное изображение