adalet.az header logo
  • Bakı 20°C
28 Noyabr 2014 15:48
5112
ƏDƏBİYYAT
A- A+

Nizami Gəncəvi irsi müzakirədə

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin növbəti toplantısı keçirilib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, İtaliyanın Florensiya şəhərində keçirilən VIII toplantıda Mərkəzin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, o cümlədən Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonen və Serbiyanın eks-prezidenti Boris Tadiç iştirak edib. 

İclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hesabatı dinlənilib, təşkilatın 2015-ci il üçün nəzərdə tutulan büdcəsi, N.Gəncəvi irsinin araşdırılması, "Xəmsə”nin xarici dillərdə nəşri məsələləri,  2015-ci ilin aprel ayında keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib. 

Qeyd edək ki, 2012-ci ildə təsis olunmuş Mərkəzin əsas məqsədi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunmasıdır.