adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Noyabr 2014 15:36
4597
SAĞLAMLIQ
A- A+

Çılpaq yatın!

Bundan sonra çılpaq yatmağa üstünlük verin. ABŞ mütəxəssisləri belə məsləhər görürlər. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikanın Beynəlxalq Yuxu İnstitutunun apardığı son araşdırmanın nəticələrinə görə, gecələr (xüsusən saat 11-12 arası) insan bədəninin hərarəti ən yüksək səviyyəyə çıxdığından yataq paltarı nəinki sahibini narahat edər, həm də orqanizminə problemlər yarada bilər. Səhər saat 4-də isə vücud istiliyi aşağı düşür. Ancaq istilik beynin istədiyi səviyyədə enməzsə, insan yuxudan oyanmaqda çətinlik çəkir, ya da gecə boyu çox narahat yatır.

Araşdırmalara əsasən, çılpaq yatmağın artıq çəkiyə də təsiri var. Belə ki, araşdırma zamanı 5 sağlam kişi üzərində təcrübə aparılıb. Onlara 1 ay müddətində eyni qida verilib, lakin bəziləri paltarda, bəziləri isə çılpaq yatırılıb. Nəticə çılpaqların xeyrinə olub, artıq çəkilərində azalma müşahidə olunub.

Havaların soyuqluğunu nəzərə alıb, bu xəbərə çox da bel bağlamayın. Əks halda, qaxaca dönsəniz, babalı amerikalı alimlərin boynuna!