adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Noyabr 2014 15:34
3298
SİYASƏT
A- A+

“Bu cür hallarda daha ciddi anlayışa nail olmaq vacibdir”

"Ümumilikdə bu məsələ Azərbaycanla, ölkəmizlə bağlı olduğu üçün ona laqeyid yanaşmaq və bundan böyük fəxarət hissi duymaq düzgün deyil”. Adalet.az xəbər verir ki, bunu SİA-ya Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa OPEK-in Azərbaycan neftinin qiymətinin aşağı düşməsinə dair yaydığı məlumata və bundan AXCP-nin ətrafında olan insanların sevinci hissi yaşamasına münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, AXCP-nin ətrafında olan insanların ermənipərəst mövqe sərgiləməsi yanlış və bədxahlıqdır. Hesab edirəm ki, bu cür hallarda daha ciddi anlayışa nail olmaq vacibdir. Bundan mədət uymaq, nəsə gözləmək, düşünürəm ki, doğru istiqamət deyil. Onların indiyədək apardıqları siyasətin özü belə, yanlışlıqlar üzərində qurulub. Bir sözlə, bu, gələcəyi olmayan AXCP-nin yanaşmasının göstəricisidir”.