adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2014 15:29
3119
SİYASƏT
A- A+

Məscidlərdə kameralar və ya polsi nəzarəti təklif olundu

"Bu gün beynəlxalq aləmdə olan qarşıdurmaları Azərbaycana keçirmək istəyirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc deyib. "Sumqayıtda bir məscidin divarına "burada Allah yoxdur deyə” yazırlar. Digər tərəfdən, Qaraçuxurda məscid yandırılır. Bu mənə Soçi olimpiadasından öncə baş verən müxtəlif hərəkəltənmələri xatırladır. Bu gün beynəlxalq aləmdə olan qarşıdurmaları Azərbaycana keçirmək istəyirlər”, - deyə Z. Oruc qeyd edib.

Millət vəkili Fazil Mustafa isə məscidlərlə kameraların quraşdırılmasını vacib sayıb.

O bildirib ki, son vaxtlar Azərbaycanda multikulturalizm, dini maarifçilik istiqamətində xeyli iş görülüb: "Amma bu gün ölkəmizdə çox qəribə hadisələr baş verir. Ola bilsin ki, hansısa dini icmanın təmsilçiləri bir-biri ilə yola getməyib, bir-birini qəbul etməyiblər, amma Azərbaycanda məscidi yandırmaq kimi hadisələr olmayıb. SSRİ dövründə də belə şey baş verməyib. Hətta dindar olmayan insanın belə yanğın törətmək məqsədilə məscidə nəsə atması qəbul edilən hal deyil. Qaraçuxur məscidində baş verən hadisə nəyi göstərir? Görünür, Azərbaycanla bağlı kimlərsə planlar hazırlayır. Gərək elə addımlar ataq ki, onların ölkədə qarşıdurma yaratmaq niyyətləri baş tutmasın. Biz təxribatlara qarşı addımlar atmalıyıq. Məscidlərdə kameralar quraşdırılsın, kamera yoxdursa, polis postları qoyulsun. Çünki kütlənin toplaşdığı yerlərdə belə hadisələrə yol vermək olmaz, yoxsa bu, qarşısı alınmaz hallara gətirib çıxara bilər. Bu məsələyə diqqət ayırmaq lazımdır”.

Millət vəkili Avropa Parlamentinin sədri Martin Şultsun bu qurumun noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Avropa Parlamentinin Azərbaycanla bağlı bəzi məsələlərdə səsləndirdiyi fikirlərdə obyektivlik məhduddur. Biz helikopter məsələsində də bunun şahidi olduq. Onlar Azərbaycan ərazisində erməni helikopterinin vurulmasına bu cür münasibət bildirdilər, hadisəni bu qədər şişirtdilər”.