adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Noyabr 2014 15:16
3700
MƏMLƏKƏT
A- A+

Kür çayında suyun səviyyəsində artım müşahidə olunub

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 210-290 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, noyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 31 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 98 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Şirvanda 22, Salyanda 13, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 44 sm artım qeydə alınıb.