adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Noyabr 2014 14:57
2642
GÜNDƏM
A- A+

Şahin Mustafayev Qvatemalanın səfirini qəbul edib

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonu qəbul edib.

Adalet.az-ın xəbərinə görə, görüş zamanı Nazir Şahin Mustafayev Azərbaycanın Qvatemala ilə BMT çərçivəsində əməkdaşlıq etdiyini və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməli olduğunu bildirib.

Azərbaycanın iqtisadi uğurları, investisiya və ixrac imkanları, həyata keçirilən iri regional layihələr, zəngin təbii resursları barədə məlumat verən nazir ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.

Şahin Mustafayev həmçinin, qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, münaqişənin regional inkişafa əsas maneə olduğunu vurğulayıb.

Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronado ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı etməsi üçün səy göstərəcəyini qeyd bildirib. Səfir Azərbaycanın uğurlu siyasət apardığını və iqtisadi inkişafın yüksək olduğunu vurğulayıb, bir sıra sahələrdə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.