100 evi soymuş oğru dəstəsi tutuldu - Foto
Bakıda 100-dən çox mənzildən oğurluq edən qrup üzvləri yaxalanıb. Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı 40 yaşlı Paata Mkurnalidze, Bakı şəhər sakinləri, 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr Xusainov saxlanılıb. Dəstə üzvlərinin ətrafında aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, onlar son bir neçə ayda paytaxtın Xətai, Binəqədi, Nəsimi, Nizami və Yasamal rayonlarında əsasən 9 mərtəbəli bina evlərindən çoxsaylı oğurluqlar ediblər. Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qabaqcadan əlbir olaraq binalara daxil olublar, daha sonra isə mənzillərin qapısını döyüblər. Ev sahibləri evdə olmadıqda Paata Mkurnalidze xüsusi alətlərin köməyi ilə qapıları açıb.