adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Noyabr 2014 16:40
6226
DÜNYA
A- A+

Roma Papasının Türkiyəyə səfəri başladı

Roma papası Fransiskin Türkiyəyə səfəri başladı. Adalet.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Roma papası səfər zamanı Atatürkün məzarını, Sultan Əhməd məscidini, Ayasofya Muzeyini və Müqəddəs Ruh katolik kilsəsini ziyarət edəcək, ölkə prezidenti və bir sıra rəsmilərlə görüşəcək.


Bu arada, Türkiyə Roma Papası Fransiskin bu ölkəyə səfəri zamanı adi avtomobillə hərəkət etmək barədə xahişini yerinə yetirməkdən imtina edib. "Hurriyet" qəzeti bildirir ki, Türkiyə imtinanı təhlükəsizlik tələbləri ilə əlaqələndirib. Üzərində Vatikanın emblemi vurulmuş təyyarədən enən Papanı iki zirehli maşın - Mersedes və Volksvagen markalı avtomobil gözləsə də o, ikincini seçib. Türkiyədə bunu, Volksvagenin adı ilə əlaqələndirirlər: tərcümədə "xalq avtomobili" mənasını verir. 

Diqqətləri çəkən başqa bir məqam isə Papanın tərcüməçisinin Türkiyənin qalmaqallı aktrisası olmasıdır. Serra Yılmaz adlı 60 yaşlı aktrisa Türkiyəni beynəlxalq teatrlarda və münsiflər heyətində təmsil edən oyunçudur. Fransız və İtalyan dillərini mükəmməl bildiyindən 2006-cı ildə də Papa XVI Benediktin Türkiyə səfərində tərcümə ona həvalə olunmuşdu. Bir müddət öncə aktrisa baş örtüsü ilə bağlı tənqidi və sərt fikirlər səsləndirdiyinə görə, çoxlarının qınağına səbəb olmuşdu. 

Xatırladaq ki, Papa Fransiskdən əvvəlki XVI Benedikt də 2006-cı ildə məhz bu gün xristianlığa aid müqəddəs yerləri görmək üçün Türkiyəyə səfər etmişdi. Ümumilikdə, isə bu, Türkiyəyə səfər edən 4-cü Papadır.