adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Noyabr 2014 13:20
3956
SİYASƏT
A- A+

Baytarlıq idarələri özəlləşdiriləcək

Azərbaycanda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə icazə veriləcək.


Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü iclasında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Dəyişiklik barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hazırkı qanuna görə, baytarlıq xidmətləri orqanları özəlləşdirilməsi qadağan olunan dövlət mülkiyyətində saxlanılan dövlət əmlaklarıdır. Yeni layihədə isə baytarlıq xidməti orqanları özəlləşdirilməsi qadağan olunan dövlət əmlaklarının siyahısından çıxarılıb.

Qanuna edilən dəyişikliklərdə məqsəd "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanının müvafiq bəndinin icarısını təmin etməkdir.

Fərmanda qeyd edilir ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı təkliflər hazırlansın.