adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2014 11:43
6140
KRİMİNAL
A- A+

Qızını öldürən ögey ana həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ögey qızını öldürməkdə təqsirli bilinən 1974-cü il il təvəllüdlü Mehriban Rəcəbovanın məhkəmə istintaqı başa çatıb.  Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə mehriban Rəcəbova 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Mehriban Rəcəbova 2001-ci il, avqustun 16-da yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 42 saylı evdə 1991-ci il təvəllüdlü ögey qızı Xanım Manafovanı öldürmək məqsədilə evdən götürdüyü naqili onun boğazına dolayaraq sıxmağa başlayıb. 10 yaşlı qız boyun üzvlərinin sıxılması nəticəsində əmələ gələn asfiksiyadan dünyasını dəyişib.

Törətdiyi cinayət əməlinə görə Mehriban Rəcəbovaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.


Cinayət işinin istintaqı Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılıb və 2001-ci il, noyabr ayının 13-də Mehriban Rəcəbovaya CM-in 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 11 mart, 2002-ci il tarixli qərarına əsasən M.Rəcəbovanın barəsində olan cinayət işinin icraatı sağalanadək dayandırılıb və o, məcburi müalicəyə göndərilib.

Məhkəmə-psixiatrik ekspertizanın sonuncu rəyinə əsasən M.Rəcəbova tam sağalıb. Bu səbəbdən də o, 13 ildən sonra eyni ittihamla təkrar məhkəmə qarşısına çıxarılıb.

lent.az