adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2014 11:06
2508
GÜNDƏM
A- A+

“Bu yol məsafəni 700 km qısaldır”

Şərq-Qərb nəqliyyat dəhlizi yalnız Azərbaycan deyil, dəhliz boyu ölkələr üçün də əhəmiyyətlidir.Bu barədə Baş nazirin müavini Abid Şərifov  ADA Universitetində "Azərbaycan Avrasiyada Regional Nəqliyyat Mərkəzi kimi" adlı tədqiqat layihəsi çərçivəsində keçirilən tədbirdə deyib.  

A.Şərifov bildirib ki, Bakı-Tblisi-Qars dəmir yolunun tikintisinin banisi Prezident İlham Əliyevdir: "Bu dəhliz Asiyanı Avropa ilə birləşdirən dəhlizdir. Vaxt nöqteyi-nəzərindən əhəmiyyət ondan ibarətdir ki, vaxtı sutkalarla qısaldır.”

A.Şərifov qeyd edib ki, Avropa ilə Asiya arasındakı Bosfor boğazında dəmir yolu birləşməsi yoxdur, bu yol bir qədər köhnə - bərə ilə birləşdirilir: "Bakı-Tblisi-Qars layihəsi isə Orta Asiya, Yaponiya, və Çindən Avropaya qədər olan məsafəni 700 km qısaldır. Coğrafi mövqeyi baxımından bu layihə Azərbaycanın və dəhliz boyu ölkələrin inkişafına böyük töhfə verəcək”.