adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2014 10:00
2676
HADİSƏ
A- A+

İsmayıllıda 4 otaqlı ev tamamilə yanıb - xəsarət alan var

İsmayıllıda yanğın hadisəsi qeydə alınıb. Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Enişdibi kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.