adalet.az header logo
  • Bakı 11°C

Buzmenlərdən fərqimiz

17434 | 2008-02-16 07:55
Azərbaycanda ciddi şəkildə kitab problemi var. Əslində yazıçı müstəqilliyi deyilən nəsnə də məhz kitabla bağlıdır. Azərbaycanda kitab kifayət qədər satılsa yazıçılar xeyli azad olar, öz işləri ilə məşğul olmaq üçün də xeyli vaxt qazanarlar. Belədə gənc yazıçılar müxalifət qəzetləri üçün dənəsi beş şirvana köşə yazmaqdan əl çəkər, yaşlılar unitaz istəməyi bir kənara qoyub kitab yazarlar. Amma bu ideal səviyyədir. Biz bu yazıda müasir Azərbaycanda kitabın vəziyyətindən danışacağıq.
   
   
   
   Sovet nostalgiyası
   
   
   
   Azərbaycanda bu gün kapitalizm tam formalaşmayıb. Amma bu sosializm də deyil. Kommunizm barədə isə ümumiyyətlə danışmırıq. Marks ideal cəmiyyətdə-kommunizmdə zehni əməklə fiziki əmək arasında baryerlərin götürüləcəyini deyirdi. Böyük idealistin gümanlarına görə kommunizm cəmiyyətində hamı iki saatdan bir öz işini dəyişəcəkdi, müəllim ot biçəcək, xarrat məqalə yazacaqdı. Bu, günkü Azərbaycanda isə özəlləşdirilmə nəticəsində iri obyektlər özəlləşdirilib, Allah qoymasa bizdə də kapitalizm qurulacaq.
   
   Kapitalizm haqqında Marksın fikirləri kifayət qədər radikal və tutarlıdır.Onun fikrincə, kapitalizm cəmiyyətində hər şey əmtəə mahiyyəti kəsb edir. Marks daha da irəli gedərək burjua cəmiyyətində ailə, əxlaq kimi anlayışların da alınıb-satıldığını deyirdi.
   
   Bu gün kitab bazarının olmamasından şikayətlənən bir çoxları sovet dövrünün xiffətini çəkir. Sovet hökuməti sözün həqiqi mənasında kitaba böyük qiymət verirdi.

TƏQVİM / ARXİV