adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Noyabr 2014 21:50
8398
MƏDƏNİYYƏT
A- A+

Bakıda Koreya kino festivalı start götürdü

Noyabrın 27-də Nizami Kino Mərkəzində Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya Kinosu Festivalının açılış mərasimi keçirilib. 


Adalet.az xəbər verir ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyası indiyədək mədəniyyət, elm, səhiyyə sahəsində layihələr reallaşdırıb. 2005-ci ildə isə assosiasiya Azərbaycan Mədəniyyəti Dostları Fondu ilə birgə ilk dəfə Koreya Kinosu Günlərini keçirib.

Festival Koreya Fondu və SEBA Assosiasiyası arasında oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən ilk tədbirdir. 

Festivalın ilk filmi – rejissor Lee-Yonq-Junun "Memarlıq” adlı ekran əsəri nümayiş olunub.

Koreya Kinosu Festivalı noyabrın 30-dək davam edəcək.