adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2014 17:35
2709
HADİSƏ
A- A+

Polis rəsinin öldürülməsi faktı yalan çıxdı

"Mən sağ-salamatam və hazırda xidmət başındayam”. Bunu APA-ya açıqlamasında mətbuatda qətlə yetirildiyi barədə məlumatlar yayılan, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi Faiq Bədəlov deyib. O qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: "Bilmirəm, kimlər, hansı məqsədlə haqqımda belə yalan xəbərlər uydurub. Mən sağ-salamatam, hazırda xidmət başındayam”.

 

Qeyd edək ki, bu gün bəzi KİV-də F. Bədəlovun xüsusi amansızlıqla qətlə yetirilməsi barədə məlumatlar yayılıb.