adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Noyabr 2014 16:46
5918
SİYASƏT
A- A+

Əli Kərimlinin yanlışı

PiN” təşkilatının qurucusu: "Dağlıq Qarabağ müstəqil dövlət olmağa layiqdir"; "Azadlıq” qəzetinə və onun yalanlarına cavab ...



«Azadlıq» qəzeti həyəcanlı bir komanda ilə "People in Need”  təşkilatının müdafiəsinə qalxıb. Əlbəttə, bu müdafiənin arxasında dayanan səbəb də hər kəsə məlumdur.  Əli Kərimlinin tərəfdarları əl açaraq, tez-tez üz tutduqları təşkilatı qorumaq məqsədi ilə sübut etmək istəyirlər ki, Çexiya təşkilatının ermənipərəst mövqeyi ilə bağlı iddialar yalandır. Halbuki ortaya qoyduğumuz faktlar və istinad etdiyimiz mənbələr bizim haqlı tərəf olduğumuzu birmənalı şəkildə təsdiq edir. Təsadüfi deyil ki, "Azadlıq” qəzeti və Qərbin qrantları ilə keçinən opponentlərimiz ortaya qoyduğumuz faktlar haqqında bir kəlmə də danışmırlar. Çünki  həmin faktlarda "People in Need”  təşkilatının rəhbərləri Ermənistan və Dağlıq Qarabağ separatçılarına nə vaxt və necə yardım etdikləri barədə özləri söhbət açırlar. Yəni, adamlar özləri yazır ki, biz filan vaxtı filan işi gördük... 

Ancaq opponentlərimiz and-aman edirlər ki, yox, elə şey olmayıb. Guya  ortaya qoyduğumuz bu faktları uydurmuşuq. Halbuki dediyimiz faktlara İnternetə çıxışı olan hər kəs şəxsən baxa bilər. Bu qədər linkləri biz özümüzdən uydurub, İnternetə yerləşdirə bilmərik ki. Əminəm ki, bizə opponentlik edən dostlarımızın çoxu həmin faktları ortaya qoyana qədər "People in Need” in yaranma tarixi haqqında bilgilərə sahib deyildilər. İndi isə gün kimi aydın olub ki, bir çoxunun qrant aldığı bu təşkilat ermənilərə son dərəcə bağlı olub. Hətta bu bağlılıq o həddədir ki, təşkilatın yaradıcıları məhz Ermənistana və Dağlıq Qarabağa yardım üzərində bu təşkilatın formalaşdığını yazırlar. İndiyə kimi təqdim etdiyimiz ingilisdilli mənbələr idi. İndi isə rusdilli mənbələrdə bu təşkilatın liderinin dediklərini ortaya qoyacağıq. Həmin mətni oxucuların əksəriyyəti orijinaldan oxuya biləcək. 

Bir daha "Azadlıq” qəzetində gedən yazıya qayıdaq. ""People İn Need" ittihamlara cavab verdi” başlıqlı yazıda " təşkilatın  İnsan haqları müdafiəsi və demokratiyanin inkişafı üzrə Şərqi Avropa  proqramının koordinatoru İvana Skalova indiyə qədər səsləndirdiyimiz ittihamları daha çox təsdiq edib. 


***


Bir daha xatırladaq. Biz demişdik ki, bu təşkilatı yaradan kişilər, yəni qurumun rəhbəri olan Simon Panek və təşkilatda ikinci şəxs hesab olunan Yaromir Ştetina hələ 1988-ci ildə Ermənistanda baş verən zəlzələdən dolayı bu ölkəyə yardım ediblər. Məhz bu iki şəxs bu təşkilatın yaradıcısı sayılır. 1992-ci ildə isə bu təşkilat Dağlıq Qarabağa yardım həyata keçirib. Təbii ki, ondan sonra da bu yardımlar davam edib. Xanım Skalova bu müsahibəsində bizim dediklərimizi təsdiq edir. 

Сенатор Яромир Штетина: «Арцахцы заслужили право иметь независимое государство»

Sitat: "People in Need-in qurucularından bəziləri təşkilat təsis olunmamışdan 4 il əvvəl, yəni 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ qurbanlarına humanitar yardım göstərən qrupa cəlb olunublarmış. Biz çox təəssüf edirik ki, bəzi Azərbaycan Kütləvi İnformasiya Vasitələri tərəfindən bu fakt bizim QHT nin ermənipərəst olmasını əsaslandırmaq üçün istifadə olunur”.  Əlbəttə, "qurucularının bəziləri” mənzərəni düzgün əks etdirmir. Əslində isə təşkilatı yaradan iki kişinin ikisi də Ermənistana yardımı təşkil ediblər. Və 1992-ci ildə 1988-ci ildə əldə olunmuş təcrübədən istifadə edərək yardım kampaniyası təşkil edərək, Dağlıq Qarabağdakı separatçılara yardım aparıblar. Özü də beynəlxalq qanunları pozaraq, qaçaq yolla. Özləri yazır ki, yükləri kirayə etdiyimiz təyyarə ilə İrəvana gətirdik, oradan da maşın karvanı ilə ("Kamaz”larla) Dağlıq Qarabağa apardıq. Yeri gəlmişkən, indi təqdim etdiyimiz rusdilli materialda bu fakt daha qabarıq təqdim olunur. Özü də təşkilatın sədri olan Simon Panek-ın adından. Biz aydınlıq üçün söhbət açdığımız həmin rusdilli mənbəyi burada təqdim etməyi lazım bilirik.

"People in Need" təşkilatının iki rəhbərindən biri Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun komendantı olmuş Əlif Hacıyev haqqında danışanda deyir: "O, əsl qatil idi. Mənə demişdi ki, axşamlar adam ovuna çıxıram. Onun belə bir hobbisi vardı. Ona görə də onun ölüm xəbəri məni təəccübləndirmədi, axır ki, ermənilər onu tapıb güllələdilər"...


Bu müsahibə 2005-ci ildə "Azadlıq” radiosunun rus bürosu tərəfindən götürülüb. Bu da iqtibas edəcəyimiz müsahibənin linki: 


Jurnalist İrina Laqununanın sualına cavab olaraq Simon Panek deyir: "Biz Balkanlarda və Dağlıq Qarabağda baş verənlərlə barışa bilməzdik. 1992-ci ildə onların hər ikisində müharibə gedirdi. Həmin müharibələr bizə şəxsi məsələmiz  qədər sirayət edirdi. Maraqlıdır ki, ilk humanitar yardımı biz hələ 1988-ci ildə etmişdik. O vaxt Ermənistanda zəlzələ olmuşdu. 1988-ci ilin axırı idi. Mən Ermənistanda zəlzələdən əvvəl də olmuşdum, sonra da oldum. Bundan sonra məndə müəyyən şəxsi təəssüratlar yaranmışdı. Qarabağda baş verənlərə sadəcə kənardan baxmaq olmazdı. Ən azı yerli xəstəxanalara yardım etmək lazımdır. O vaxtı biz pul topladıq...həmin pula Çexiyada dərman aldıq. Xəstəxana üçün müəyyən tibbi qurğular əldə etdik. Onları təyyarə ilə İrəvana apardıq. İrəvandan isə şose yolla "KaMAZ”larla şəxsən Dağlıq Qarabağa çatdırdıq.... Bilmirəm nəyə görəsə Çexiya ictimaiyyəti bizim pulla bağlı xahişimizə isti  münasibət göstərdi. Maraqlıdır, hələ 1988-ci ildə biz universitet tələbələri isti paltarlar topladıq, yataq çuvalları və ədyal yığdıq. Praqadakı SSRİ səfirliyinin köməyi ilə "Aeroflot” bütün bunları İrəvana gətirdi. Çexiyanın rəsmi orqanları 1988-ci ildə, "Məxməri inqilab”dan əvvəl Ermənistan üçün pul toplamağa başladılar. O vaxt Çexiya və Slavakiyada (onda bu ölkələr  vahid dövlət idi) son dərəcə iri məbləğdə pul yığıldı. Ermənistana yardım üçün 10 milyon dollar toplandı....”

Və ən önəmli məsələ. "People in Need"i yaradan iki kişidən biri deyir ki, Dağlıq Qarabağ müstəqil dövlət olmalıdır...


Bu təşkilatın faktiki ikinci sahibi olan Yaromir Ştetina haqqında rusdilli mənbədə gedən yazı daha çox maraqlıdır. Düşünün ki, bu adam rus dilini də erməni ləhcəsi ilə danışır. O, "Panorama.am” saytına verdiyi müsahibədə 2011-ci ildə deyir ki, "Artsax müstəqil dövlət olmağa layiqdir”. Biz həmin müsahibəni də, bu şəxsin video-çıxışını da təqdim edirik. 



Sadəcə bir məqamı qeyd edəcəm ki, çexiyalı senator görün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev haqqında necə həqarətlə danışır. Xocalı aeroportunun komendantı olmuş bu əfsanəvi qəhrəman haqqında o, deyir: "O, əsl qatil idi. Mənə demişdi ki, axşamlar adam ovuna çıxıram. Onun belə bir hobbisi vardı. Ona görə də onun ölüm xəbəri məni təəccübləndirmədi, axır ki, ermənilər onu tapıb güllələdilər"... 

Həvəsi olanlar "People in Need”  təşkilatının ikinci sütunu hesab olunan bu şəxsin müsahibəsini rus dilində oxuya və ya həmin müsahibənin videosuna baxa da bilərlər.


Onu da qeyd edək ki, Yaromir Ştetina 2001-2002-ci illərdə Azərbaycanda da olub. Əsasən Ağdamdan olan qaçqınlarla görüşüb. Düşünün, bizim sadəlövh qaçqınlar da bu erməni yanlısına öz dərdlərin danışıblar...


Ancaq İvana Skalova öz müsahibəsində "People in Need”in Dağlıq Qarabağa yardımı ilə bağlı bir kəlmə də demir. Tərslikdən bu müsahibəni hazırlayan  həmkarımız Aynur İmranova  da ən önəmli olan bu məsələnin üzərindən sükutla keçir. Niyə? Çünki bu suala xanım Skalova cavab versə, həqiqəti etiraf etməli olacaq. Axı həmin fakt onlarla mənbədə özünə yer alıb...

Bu yazıda maraqlı məqamlardan biri də odur ki, qarşı tərəf bizim kimi, istinad etdiyi mənbələrin linkini də ortaya qoyur. Düşünürik ki, bu da irəliyə doğru atılmış bir addım hesab oluna bilər...

"Azadlıq" qəzeti və Əli Kərimlinin yaxın əhatəsi isə iki ayağını bir başmağa dirəyib bildirir ki, yox ki, yox. "People in Need"ə ermənipərəst təşkilat demək olmaz. Görəsən, imkan olsaydı Əlif Hacıyev və digər şəhidlərimiz bu erməni yanlılarına bəraət qazandırmaq üçün min oyundan çıxanlara nə deyərdi...


Bir məqamı da qeyd edim. Göründüyü kimi bu təşkilatı yaradan adamlar ermənilərə son dərəcə bağlıdır. Hətta onlardan biri Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını istəyir. Və bu təşkilatın adından danışan İvana Skalova bu müsahibədə "qondarma Dağlıq Qarabağ” ifadəsi işlədir. Təbii ki, hansısa İvana Skalova "qondarma Dağlıq Qarabağ” ifadəsi işlədə bilməzdi. Bu da "Azadlıq”ın uydurmasıdır...

Biz bir daha bəyan edirk, "People in Need” ermənipərəst yox, məhz erməni təşkilatıdır. Ortada olan faktları kimsə inkar edə bilməz. Edən varsa, çıxsın ortaya. Bu meydan, o da şeytanlar...