adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Noyabr 2014 15:41
4601
MƏDƏNİYYƏT
A- A+

“Ümumi Mədəni İrs Şəhərləri” turizm layihəsinin təqdimatı keçirilib

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 30-cu Sessiyası öz işinə başlayıb.

Adalet.az xəbər verir ki, sessiya çərçivəsində yüksək vəzifəli şəxslərin görüşü keçirilib, iclaslar zamanı İslam dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub, COMCEC-in maliyyə dəstəyi ilə Nazirlik tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı keçirilib, müvafiq sənəd layihələri hazırlanıb.

Bu gün COMCECƏ-ə üzv olan ölkələri nazirlərinin iclası öz işinə başlayıb. Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən və 54 üzv ölkədən 350-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil olunur. Toplantı bu saatlarda davam edir.