adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Noyabr 2014 15:36
4777
DÜNYA
A- A+

Gürcüstanın Baş Prokurorluğundan Saakaşviliyə qarşı yeni ittihamlar

Sabiq prezidentin bankir Sandro Qirqvlianiyə qarşı törədilmiş cinayətdə günahkar olduğu bildirilir

 Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşviliyə bankir Sandro Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə ittihamlar irəli sürüb.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prokurorluğun bəyanatında Saakaşvilinin S. Qirqvlianiyə qarşı törədilmiş cinayətdə günahkar olduğu bildirilir.

"İnsan haqları üzrə Avropa Məhkəməsinin tövsiyələri əsasında aparılmış araşdırma zamanı törədilmiş cinayətin sistem xarakterli olduğu müəyyən edilib”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən ay Gürcüstanın sabiq baş naziri Vano Merabişvili S. Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə 3 il həbs cəzası alıb.