adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2014 15:03
5223
MƏDƏNİYYƏT
A- A+

Əbülfəs Qarayev COMCEC-in 30-cu sessiyasında iştirak edir

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 30-cu Sessiyası keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə, noyabrın 25-26-da Sessiya çərçivəsində yüksək vəzifəli şəxslərin görüşü keçirilib, iclaslar zamanı İslam dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub, COMCEC-in maliyyə dəstəyi ilə nazirlik tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı keçirilib, müvafiq sənəd layihələri hazırlanıb.

Noyabrın 27-də isə COMCEC-ə üzv olan ölkələrinin nazirlərinin iclası başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən və 54 üzv ölkədən 350-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edir.