adalet.az header logo
  • Bakı 13°C
27 Noyabr 2014 14:37
4064
İDMAN
A- A+

Millimiz FİFA reytinqində 9 pillə gerilədi

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Adalet.az saytının məlumatına görə, noyabrda baş tutan görüşlər siyahıda böyük dəyişikliklərlə nəticələnib.

Hesabat dövründə həm seçmə, həm yoldaşlıq oyunu keçirən millilərdən fərqli, cəmi 1 matça çıxan Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində öz meydanında Norveçə 0:1 hesabı ilə uduzan komandamız 18 xal itirib. Bu itki 9 pillə geriləməklə nəticələnib.

Millimiz indi siyahıda 135-cı yerdədi. Tacikistanla şərik olan komandamız Yeni Zelandiya, Aruba, Əfqanıstan və Qvineya-Bissau kimi ölkələrdən də geri qalır. Burundi, Lixtenşteyn də millimizdən öndədi.

Millimiz və "qonşuları”

130 (155). Lixtenşteyn – 219

131 (132). Aruba - 218

131 (130). Qvineya-Bisau – 218

133 (134). Əfqanıstan – 216

133 (131). Yeni Zelandiya - 216

135 (126). Azərbaycan – 215

135 (134). Tacikistan – 215

137 (148). KXDR – 211

138 (132). Qazaxıstan - 205

139 (136). Vyetnam – 199

140 (137). Myanma – 197

İlk "onluğ”un tərkibində də dəyişikliklər olmayıb. Yalnız Uruqvay iki pillə geriləyib ki, bunun da sayəsində Portuqaliya ilə İspaniya 1 addım irəliləyib.


İlk "onluq”

1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (9). Portuqaliya - 1160
9 (10). İspaniya - 1142
10 (8). Uruqvay – 1135


Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən ikisi irəli, üçü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

11 (11). İtaliya – 1103
19 (14). Xorvatiya – 946
66 (59). Bolqarıstan - 506
67 (68). Norveç - 500
135 (126). AZƏRBAYCAN – 215

147 (157). Malta – 166

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 604 xalla 48-cıdi. "Ay-ulduzlular” 2 pillə geriləyib.