adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
27 Noyabr 2014 13:48
4681
MƏMLƏKƏT
A- A+

Buraxılış imtahanlarında yenilik

Azərbaycanın bəzi məktəblərində XI sinif şagirdləri buraxılış imtahanında kimyadan imtahan verəcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Adalet.az-a verilən xəbərə görə, əvvəlcədən elan olunduğu kimi ümumtəhsil müəssisələrinin XI sinfindətəhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib.

Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaq.

Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.