adalet.az header logo
  • Bakı 20°C
27 Noyabr 2014 13:17
5815
MƏDƏNİYYƏT
A- A+

Bakıda “İsti və soyuq” adlı müasir şüşə və çini məmulatlar sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində Mərkəzi Avropa Beynəlxalq Mədəni Siyasət Platformasının təqdim etdiyi "Hot & Cold” ("İsti və soyuq”) adlı müasir şüşə və çini məmulatlar sərgisi açılıb.

Adalet.az-ın xəbərinə görə, sərginin rəsmi açılışını edən Muzeyin direktoru Çingiz Fərzəliyev məlumat verib ki, ekspozisiyada 5 Avropa ölkəsinin bir neçə studiyasının işləri, o cümlədən Avstriya, Çexiya, Macarıstan, Polşa və Slovakiya şirkətlərinin məşhur brendləri nümayiş etdirilir.

Çexiya Respublikasının Azərbaycandakı səfiri Viteslav Pivonka sərginin rəsmi açılışındakı çıxışında deyib: ”Şüşə və çini Avropaya xas materiallar olmasa da, burada onların emalı işini elə ustalıqla mənimsəyiblər ki, bu məmulatlar Avropanın mədəni rəmzinə çevrilib. Biz burada potensial alıcılar tapmaq istəyirik, bakılıları bizə qonaq gəlməyə çağırırıq. Sizə göstəriləsi işlərimiz çoxdur”.

Sərginin ziyarətçiləri ekspozisiyaya daxil olan məmulatları maraqla izləyiblər.