adalet.az header logo
  • Bakı 18°C
27 Noyabr 2014 13:00
4916
ƏDƏBİYYAT
A- A+

Şair Oqtay Rzanın 80 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) şair Oqtay Rzanın 80 illik yubileyi qeyd edilib.

Mərasimdə ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək Oqtay Rzanın həyat və yaradıcılığı haqqında danışıb.

Bildirilib k, 1934-cü ildə Salyan rayonunda anadan olan O.Rza Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Şair "Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirib. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda sa dərc edilib. "Kamennıy Svetilnik" şeirlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. Bundan başqa, "Seçilmiş sətirlərim", "Adlı, ünvanlı misralar", "Rübai karvanı - dördlük çələngi" və b. kitabların müəllifidir.