adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Noyabr 2014 12:49
3487
MƏMLƏKƏT
A- A+

Evdə təhsil alanların valideynlərinə müavinət veriləcək

 "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik ediləcək.

 Bu barədə millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Komitə sədri bildirib ki, sənədə əsasən evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə müavinətlər veriləcək. Bu dəyişiklik sosial dəstək elementi kimi qəbul edilməlidir. Artq qanun layihəsi parlamentin sosial siyasət komitəsində müzakirədən keçib.