Diaspor Jurnalistləri Birliyi Hollandiyada layihə həyata keçirəcək
Diaspor Jurnalistləri Birliyi "Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsinə start verib. Təşkilat bu layihəni Hollandiya Azərbaycan Evi ilə birgə həyata keçirir. Layihənin məqsədi Hollandiya ictimaiyyətinə Azərbaycan, xüsusən Qarabağ həqiqətlərini yaymaqdır. Layihənin əsas hədəflərindən biri də erməni yalanlarını ifşa etməkdir.
Qeyd
edək ki, layihə çərçivəsində Hollandiya mətbuatında yazıların dərc olunması,
yerli siyasətçilərə Azərbaycan haqqında məlumatın verilməsi, eyni zamanda digər
türk və qeyri-türk təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Layihənin fəaliyyət planına yerli dini icmalara müraciətlərin göndərilməsi və
kitabların təqdim olunması, eləcə də Hollandiya din (kilsə) xadimləri ilə
görüşlərin keçirilməsi və onların Azərbaycana gətirilməsi də daxildir.
Layihə
hər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir.
Kampaniya xarakterli bu layihəyə istənilən təşkilat qoşula bilər. DJB gələcəkdə
bu kimi layihələri digər ölkələrdə də həyata keçirməyi planlaşdırır.