adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Noyabr 2014 12:30
4533
MƏMLƏKƏT
A- A+

Şəki və Qax gəncləri üçün təlim keçirdi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi "Regionlarda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində Qəbələ, Oğuz rayonlarından sonra Şəki və Qaxda gənc seçicilər üçün seminar təşkil edib. 
Ümumilikdə 100 nəfərin qatıldığı tədbirlərdə öncə layihənin kordinatoru Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov çıxış edib. O,  layihə haqqında seminar iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, layihə birbaşa gənclərin ictimai həyatda rolunu artırmaq, ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakı, vətəndaş cəmiyyətinin inkişafına töhvə verilməsi, ümumilikdə demokratiyanın inkişafına kömək göstərilməsi istiqamətinə ünvanlanıb.
Şəkidə keçirilən tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək gənclərin bələdiyyə seçkilərində aktiv iştiraklarının təmin edilməsi üçün belə layihələrin vacibliyini qeyd edib. 

Sonra seminara start verilib. Təlimçi Sənan Nəcəfov əvvəlcə Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında qısa məlumat verib. 
Seçki haqda qeyd olunan məlumatların uzun müddət yaddaşlarda qalması, seçki prosesini tam mənimsəmək üçün seminar interaktiv oyunlarla davam etdirilmişdir. Gənclər, namizədliyin qeydə alınması, seçki komissiyasının işi, səsvermə prosesi, səslərin sayılması, müşahidəçilik, protokollaşdırılma, exit-pool və s. seçki mərhələlərini əyani göstərən "seçki imitasiyası" oyununda iştirak edib. 
Yekunda seminar iştirakçılarını maraqlandıran suallar dinlənilmiş və ətraflı müzakirə edilmişdir. 
"Regionlarda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində növbəti seminar Qax gəncləri ilə keçirilmişdir. Tədbirdə çıxış edən Qax İH nümayəndəsi Orxan Səmədov tədbirin rayon gənclərinin seçki ilə bağlı maarifləndirilməsində böyük rol oyanayacağını demiş, belə layihələrin vacibliyini qeyd edib. 
Qax seminarı onunla da yadda qalmışdır ki, tədbirə azsaylı xalqların təmsilçiləri də qatılmış və aktivlik nümayiş etdirmişlər. Rayon gəncləri belə maarifləndirici təlimin keçirilməsindən məmnunluqlarını ifadə etmişlər. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi "Regionlarda ilk dəfə səs verən gənclərin bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilməsi" layihəsi Qəbələ, Oğuz, Şəki, Qax rayonlarında keçirilmiş, növbəti günlərdə isə Zaqatala, Balakən rayonlarında davam etdiriləcək.