adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Qız, duz, qoz və bazqa məsələlər

ETİBAR CƏBRAYILOĞLU
49494 | 2008-02-09 00:11
Təkcə özünə yox, həm də digər ölkələrə hörmət edən dövlətlərdə ictimai rəyi öyrənmək deyilən vacib bir iş var. Yekə-yekə institutlar həftənin beş günü saat 9-dan 18-dək bu mühüm işlə məşğul olur. Yalan olmasın, bir mikrorayonluq adam qarışqa kimi çalışır, sorğular keçirir, camaatın rəyini öyrənir, analizlər aparır və nəticələr hazırlayır.
   
   Bizdə belə şeylərlə məşğul olmağa ehtiyac yoxdu. Daha doğrusu, bir mikrorayonluq adam çalışan institutu saxlamaq nəyə lazım? Onsuz da bir yerə yığışanda ya qeybət edəcəklər, ya da nərd vuracaqlar. Bizim məmləkətin halını öyrənmək, insanlarımızın nələr düşündüyünü öyrənmək üçün gündə bir-iki dəfə marşurut avtobuslarına, metroya minmək yetər. Necə ki, mən hər gün "QAZel"ə, metroya baş çəkib belə demək mümkünsə, ictimai rəyi öyrənirəm. Təbii ki, özüm və "Ədalət"in dəyərli oxucuları üçün.
   
   
   
   I sərnişin: - Alo, alo, eşidirsən? Necəsən, mənim quzum? Evdə təksən? Mənəm də... Marşurutda yol gedirəm. Yolda "probka" olmasa tez gələcəyəm. Evinizdə isti su gəlir?

TƏQVİM / ARXİV