adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Bazlamadan bitən kino?!

CEYHUN MUSAOĞLU
37182 | 2008-02-09 00:11
Belə düşündüm ki, birinci sualımı yazıya giriş hesab etmək olar. Ona görə də qonaqlarımızı, daha doğrusu, ev sahiblərini təqdim eləməklə kifayətlənirəm. Sadəcə, bilin ki, layihənin tələbinin əksinə olaraq, rejissor Hüseyn Mehdiyev və onun gənc həmkarı Əli İsa Cabbarov redaksiyamıza gəlmədi. Biz özümüz onların yanına getdik. Vəssəlam.
   
   
   
   - Belə düşünürəm ki, kino haqqında danışmaq üçün mütləq tamaşaçı olmaq lazımdır. Tamaşaçının isə jurnalistdən fərqli olaraq mövqe sərgiləməyə ixtiyarı çatır. Yəni jurnalist verdiyi sualda soyuqqanlılıq nümayiş etdirməyə borcludursa, tamaşaçının boynuna bu borcu qoymaq düz olmazdı. Şəxsən mən özümü sərt tamaşaçılardan hesab edirəm. Fikrimcə, film ya şedevr olmalıdır, ya da çəkilməməlidir. Klassik Azərbaycan filmlərinin əksəriyyətinə ağıllı tamaşaçı gözü ilə baxanda adamda belə təəssürat yaranır ki, bu filmlərə xərclənən pul nəinki havayı gedib, hətta bir toplumun ziyanına işləyib. Niyə belə olmalıydı?
   
   Hüseyn Mehdiyev: Əvvəla, hələ dəqiqləşdirmək lazımdır ki, ağıllı tamaşaçı necə olur. Və siz özünüzü ağıllı tamaşaçı adlandıranda hansı kriteriyaları əsas götürürsünüz.
   
   - Azərbaycan filmlərinə tamaşa edib, onlardakı qüsurları üzə çıxarmaqdan ötrü bir o qədər də ağıl tələb olunmur.
   
   Hüseyn Mehdiyev: Artıq buna cığallıq deyirlər. Siz rejissorlarla rejissor kimi danışmağa çalışırsız, amma bəyənmədiyiniz filmlərin çəkilişi prosesindəki gerçəklikləri nəzərə almaq istəmirsiz.
   
   Əli İsa Cabbarov: Bəlkə də almaq istəyir, sadəcə, həmin dövrü yaşamadığı üçün bu, mümkün olmur.
   
   Hüseyn Mehdiyev: Azərbaycan filmləri barəsində inkaredici tonda danışmağınızı qəbul edə bilmərəm. Bir də ki, siz ümumi danışırsınız. Hər hansı filmin sənət baxımından aşağı səviyyədə olmasını göstərən faktlar sadalamaq lazımdır. Axı siz həm də jurnalistsiniz.
   
   O qədər olub ki, hansısa məqamda jurnalist olmaq istəməmişəm.

TƏQVİM / ARXİV