adalet.az header logo
  • Bakı 17°C
26 Noyabr 2014 13:22
3118
GÜNDƏM
A- A+

Bakı şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi ilk təyinatlarını edib.

Apa-nın məlumatına görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı müvafiq əmrlə BŞBPİ-nin təchizat şöbəsinin rəisi Neyman Səlimov tutduğu vəzifədən azad edilib. Onun yerinə polis polkovnik-leytenantı Fikrət Məmmədov təyinat alıb.

Təchizat şöbəsinin sabiq rəisi N.Səlimov isə Kriminalistik Tədqiqatlar şöbəsinə əməliyyatçı təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Qubanın polis rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.