adalet.az header logo
  • Bakı 20°C
26 Noyabr 2014 13:18
2714
SİYASƏT
A- A+

AXCP Müsavata dəstək vermədi

Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavatın 17 dekabr tarixində keçirəcəyi mitinqində iştirak etməyəcək. Bunu Adalet.az-a AXCP sədrinin müavini Razi Nurullayev deyib. O, Müsavatın Milli Şuradan çıxdığını əsas gətirərək bu partiyanı meydanda dəstəkləməyəcəklərini bildirib: "AXCP cəmiyyətdə təmərküzləşmənin, birliyin və əməkdaşlığın tərəfdarıdır. Hazırda AXCP üçün birlik modeli Milli Şuradır. Ona görə də Milli Şuranın təşkil etdiyi mitinqlərdə fəal iştirakçı və təşkilatçıdır. Milli Şuranın xaricində baş verən siyasi hadisələrə və təşəbbüslərə sayğı ilə yanaşsa da, onlar da iştirakçı olmaq niyyətində deyil”.