adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Noyabr 2014 13:20
2139
HADİSƏ
A- A+

Cəlilabadda partlayış - yaralılar var

Noyabrın 25-də saat 22 radələrində Cəlilabadda güclü partlayış olub. Adalet.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Ələddin Abdullayevin həyətindəki yardımçı otağında məişətdə istifadə edilən qaz balonu partlayıb. Yanıq xəsarəti almış Ə.Abdullayev və həmyerlisi Rasim Yusubov xəstəxanaya yerləşdirilib. R.Yusubova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.