adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Noyabr 2014 13:00
2878
GÜNDƏM
A- A+

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı yürüş keçirildi

Qarabağ Azadlıq Təşkilatı (QAT) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.


Adalet.az-ın məlumatına görə etiraz aksiyasında QAT üzvlərindən başqa, D. Əsgərov və Ş. Quliyevin ailə üzvləri, qohumları da iştirak ediblər.

Şəhidlər xiyabanından BMT-nin Azərbaycan Nümayəndəliyinin qarşısına yürüşlə başlayan aksiyanın qarşısı polis tərəfindən alınıb, yürüş iştirakçılarından yalnız dörd nəfərinin Nümayəndəliyin binası qarşısına getməsinə imkan yaradılıb.

Aksiyanın keçirilməsində məqsəd BMT və digər beynəlxalq təşkilatların girov götürülən vətəndaşlarımızın taleyinə biganə yanaşmasına diqqət çəkmək olub. Etiraz aksiyasının iştirakçıları "Rədd olsun BMT”, "Rədd olsun Minsk Qrupu” və başqa şüarlar səsləndiriblər.

Sonda aksiyanın qətnaməsi BMT-nin Bakı Ofisinə təqdim olunub.