adalet.az header logo
  • Bakı 17°C
26 Noyabr 2014 12:47
4409
ƏDƏBİYYAT
A- A+

Qabriel Qarsiya Markesin arxivi satıldı

ABŞ-ın Texas Universiteti Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin-in arxivini alıb.

Arxivə bu ilin aprelində vəfat etmiş yazıçının əlyazmaları, bloknotları, fotoalbomları, məktubları, şəxsi əşyaları, o cümlədən 2 ədəd "Smith Corona” makinəsi və 5 ədəd "Apple” kompüteri daxildir.

Texas Universitetinin Ransom Mərkəzi ölkənin ən zəngin arxivlərindən birinə malik qurumdur.

Burada həmçinin James Joyce, Ernest Hemingway, William Faulkner, Jorge Luis Borges və başqa dünyaca məşhur yazarlara məxsus sənədlər, əşyalar saxlanır.

Marqezin Texasa aparılan arxivinə onun yarımçıq qalmış "Avqustda görüşərik” romanının da əlyazmaları (bunun azı 10 versiyası var) daxildir. Eləcə də "Yüz ilin tənhalığı"nın nəşriyyata göndərilmək üçün hazır olan makinə variantı (yazıçının elədiyi bir neçə düzəlişlə).

Nə Ransom Mərkəzi, nə də yazıçının ailəsi arxivin necəyə satıldığını açıqlamaq istəməyib.

Marquez gələcəkdə tədqiqatçıların onun həyat və yaradıcılığını araşdıracağından narahat idi.

2003-cü ildə "Playboy" jurnalına verdiyi müsahibədə demişdi ki, bu, başqalarının sənin alt paltarına baxmasına bənzəyir. 

Marquez adətən qaralamalarını məhv edərdi. Bunu Marquez-in rəsmi bioqrafı Gerald Martin 2009-cu ildə çap edilən kitabında yazır. 


"Mənim atam perfeksionist idi. Perfeksionistlər isə başa çatmayan işlərini heç kimə göstərmirlər", Marquezin oğlu Rodrigo García müsahibələrinin birində deyir, "O yazmaqda olduğu əsərin qəhrəmanları haqda daim zarafat edər, amma əsərin özünü 90 faizi hazır olmamış bizə göstərməzdi". 

Amma həyat yoldaşı Mersedes yazıçının son kitablarının əlyazmalarını qoruyub saxlayardı. Yazıçı da buna etiraz etməzdi.

Bununla belə Markes çox özəl məsələlərlə bağlı "iz" qoymaq istəməzdi.

Məsələn, deyilənə görə, o, Mercedes-ə yazdığı sevgi məktublarını alıb yandırmaq da istəyib. 

Oğlu Rodriqo Qarsiya deyir ki, atası "telefon adamı"ydı, heç kimlə şəxsi münasibətlərinə  aid "sənəd-sübutun" qalmasını istəməzdi, deyərdi ki, "mənim yaşadıqlarımın, düşündüklərimin hamısı kitablarımdadır". 

Marquez yazdığı məktubların da az hissəsini saxlayıb. 

Arxivindəki 2000-ə yaxın məktubun çoxu ona gələn məktublardır.

Burada Graham Greene, Milan Kundera, xulio Kortazar, Günter Grass və Karlos Fuentes kimi məşhur yazıçılardan gəlmiş məktublar da var.