adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Noyabr 2014 12:35
2987
DÜNYA
A- A+

Donmuş təyyarəni sərnişinlər hərəkətə gətirdi

Adətən maşən xarab olanda sürücü və sərnişinlərin onu itələdiyini görmüşdük. Amma bu dəfə sərnişinlər yerindən tərpənməyən təyyarəni itələyiblər. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasnoyarsk vilayətinin İqarka aeroportunda şaxtalı hava təyyarəni donmuş asfalta yapışdırdığından sərnişinlər onu itələyərək hərəkət etdirməyə çalışıblar. Mənfi 52 dərəcəlik şaxta "Tu-134" tipli təyyarəni uçuş zolağında iflic hala gətiribmiş. Çarter reysi ilə uçuşa hazırlaşan təyyarədə 70 sərnişin olub və onların köməyi ilə məsələ həll olunub və uçuş həyata keçirilib.