adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Noyabr 2014 12:28
3008
GÜNDƏM
A- A+

Azərbaycanın risk atlası hazırlanır

Azərbaycanın risk atlası hazırlanır.Bu barədə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib.

Nazir müavininin sözlərinə görə, FHN və AMEA bu sahədə böyük proqram həyata keçirir, FHN və UNİSEF-in Qəbələ rayonunda həyata keçirdiyi birgə layihələr də bu proqramın tərkib hissəsidir.

O qeyd edib ki, risk atlasında təkcə təbii risklər - daşqın, zəlzələ, torpaq sürüşməsi və s. yox, texnogen risklərin səviyyəsi də əksini tapacaq: "Azərbaycanda həm də böyük neft sənayesi mövcuddur. Burada texnogen risklərin də səviyyəsi yuxarıdır. Əsas məqsəd hər bir fəlakətin qarşısının alınmasıdır, bu baxımdan görülən işlərin əhəmiyyəti qeyd olunmalıdır. UNİSEF bu sahədə bizə dəstək verib. Bu işlər digər regionlarda da aparılacaq”.