adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Noyabr 2014 12:16
3785
MƏMLƏKƏT
A- A+

Azərbaycanın hərbi nümayəndə heyəti İsrailə səfər edəcək

Azərbacanın hərbi qurumlarının yüksək rütbəli təmsilçilərindən ibarət nümayəndə heyəti 2015-ci ilin iyun ayında İsrailə səfər edəcək. Adalet.az-ın «The Algemeiner» qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti iyunun 2-dən 4-dək Tel-Əviv şəhərində keçiriləcək "İSDEF-2015" hərbi sərgisinə qatılacaq.

Nümayəndə heyətində Milli Qvardiyanın, Xüsusi Təyinatlı Qüvvələrin komandanları vəMüdafiə Nazirliyinin rəsmiləri təmsil olunacaqlar.

Qeyd edək ki, son olaraq cari ilin sentyabr ayında İsrailin müdafiə nazirinin rəhbərliyi altında geniş nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyəti "ADEX-2014" sərgisinin açılışında iştirak edib, bir sıra görüşlər keçirib.