adalet.az header logo
  • Bakı 18°C
26 Noyabr 2014 12:13
2894
GÜNDƏM
A- A+

Təqvimin bu günü

Doğumlar

 

1607 — Con Harvard, Harvard Universitetinin banisi.

1937 — Boris Yeqorov, Sovet kosmonavtı.

1939 — Tina Törner, Amerikalı müğənni.

 

Əhəmiyyətli hadisələr

 

1812 — Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlayıb.

1922 — Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açıb.

1924 — Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsasnaməsi dərc edilib.

1942 — Sovet ordusu Stalinqradda əks hücuma başlayıb.

1950 — Türkiyə Koreyada müharibəyə qoşulub.

1969 — Səudiyyə Ərəbistanı ilə Yəmən arasında silahlı münaqişə başlayıb.

1978 — İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə gəlib.

1991 — Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilib.

1993 — Almaniya PKK-nı terror təşkilatı kimi tanıyıb.

1996 — Azərbaycan Respublikası ilə Mali arasında diplomatik əlaqələr qurulub.

2002 — İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərinə başlayıb.

2003 — Səsdənsürətli "Concorde” təyyarəsi son dəfə Bristoldan Vaşinqtona uçub.

2005 — Hind milyoneri Vijaypat Singhania 21 291 metr yüksəyə qalxaraq aerostatla dünya rekordunu təzələyib.

2006 — İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib.

2008 — Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.