adalet.az header logo
  • Bakı 20°C
26 Noyabr 2014 11:21
4415
İDMAN
A- A+

Messi yeni rekordlara imza atıb

"Barselona”nın hücumçusu Lionel Messi yeni rekordlara imza atıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin V turunda APOEL-lə keçirilən oyunda 3 qol vuran argentinalı futbolçu qitə miqyaslı klub turnirində ən məhsuldar futbolçu olub.

Messi daha əvvəl 71 qolla lider olan Raul Qonzalesi geridə qoyub. Hazırda Messinin aktivində 74 top var.

Bundan başqa, "Barsa”nın əfsanəsi 5-ci dəfə ÇL-də het-trik edib. O, özünə aid olan rekordu yeniləyib.