adalet.az header logo
  • Bakı 19°C
26 Noyabr 2014 05:10
3090
MƏMLƏKƏT
A- A+

Qatar qəza törətdi

Moskva-Bakı sərnişin qatarı qəzaya düşüb.  Dünən axşam Rusiyanın Rostov vilayətində sürət qatarı avtomobili vurub. 

Dəmir yol keçidində "Qazel” markalı avtomobil xarab olduğundan Moskva-Bakı qatarı qəzadan yayına bilməyib. Toqquşma zamanı zərər çəkən olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisədən sonra "Moskva – Bakı” qatarı yoluna davam edib.

Xatırladaq ki, dünən həmçinin Volqoqrad ərazisində "Moskva-Bakı” qatarının dəmiryol yaxınlığında sərxoş təqaüdçünü vurduğu haqda məlumat yayılmışdı. Xoşbəxtlikdən təqaüdçü sağ qalıb.