adalet.az header logo
  • Bakı 19°C
25 Noyabr 2014 22:31
3495
MƏMLƏKƏT
A- A+

Sərhədçilər üçün yeni bina inşa olunur

2014-cü il 22 noyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. 


Adalet.az  xəbər verir ki, 0,6 hektar ərazidə müasir memarlıq üslubunda inşa ediləcək inzibati binada şəxsi heyətin xidməti fəaliyyəti, tədrisi və istirahəti üçün yüksək şəraitin yaradılması nəzərdə tutulub.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin – Maddi Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor İ.Əkbərov iştirak edib.