adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Noyabr 2014 17:31
3152
DÜNYA
A- A+

Barak Obama məşhur amerikalıları mükafatlandırdı

ABŞ prezidenti Barak Obama Ağ evdə keçirilən təntənəli mərasimdə aktrisa Meril Strip, müğənni və bəstəkar Stivi Uander, Çili yazıçısı İsabel Alyende və bir çox başqa görkəmli şəxslərə ölkənin ali vətəndaş mükafatı olan Prezidentin Azadlıq medalını təqdim edib. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, təqdimat mərasimində B. Obama hətta illərdən bəri pərəstişkarı olduğu məşhur aktrisa M.Stritə heyranlığını da gizlətməyib. Ona bir vaxtlar aşiq olduğunu da etiraf edib. 
Ümumilikdə 19 nəfər sözügedən medalla təltif edilib. 

Qeyd edək ki, Azadlıq medalı prezident Harri Trumenin qərarı ilə 1945-ci ildə hərbi əməliyyatlarda fərqlənən şəxsləri mükafatlandırmaq məqsədi ilə təsis edilib. 1963-cü ildə Prezident Con Kennedi mükafatın təyinatını dəyişdirib və o, dinc dövrdə "ABŞ-ın təhlükəsizliyi və milli maraqlarının təmin olunmasına, ümumi sülhə, incəsənət və digər vacib ictimai və ya şəxsi işlərə töhfəyə görə” təqdim olunmağa başlayıb.