adalet.az header logo
  • Bakı 18°C
25 Noyabr 2014 13:57
12774
SAĞLAMLIQ
A- A+

Tibb Universitetində süni mayalanma şöbəsi açılacaq

Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatlarını icra edəcək şöbə fəaliyyətə başlayacaq. Adalet.az-ın məlumatına görə, bu barədə bu gün ATU-da Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu mövzu hazırda ölkəmizdə gündəmdədir.

Türkiyədən təşrif buyuran nümayəndə heyətinin rəhbəri, prof. Dr. Bülent Urman ATU-da yalnız süni mayalanma əməliyyatlarının keçirilməsi ndə yox, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb.

Yeni şöbə 2015-ci ilin əvvəlindən etibarən yaradılacaq. Görüşdə həmçinin ATU-nun Tədris Cərrahiyyə klinikasının direktoru Hacıqulu Bağırov, klinikanın baş həkimi Asiman Həsənov, ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov da iştirak edib.