adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Noyabr 2014 12:51
4263
ƏDƏBİYYAT
A- A+

Qarabağda aparılmış arxeoloji tədqiqatlar bir kitabda

"Qarabağın arxeoloji abidələr toplusu”nun I cildi hazırlanır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Adalet.az-a verilən məlumata görə, kitabda "Qarabağ neolit-eneolit ekspedisiyası”nın 2010-2013-cü ildə apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydiyyata alınaraq xəritələşdirilmiş 100 neolit və eneolit dövrü abidəsi haqqında məlumat verilir.

Topluda hər bir abidənin 3 dildə - Azərbaycan, rus və ingilis dilllərində təsnifatı, onların fotoları, topoqrafiq planları, relyef görüntülərinin 3D formatı və onlardan aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin foto və qrafik illustrasiyaları veriləcək.

Bunlardan əlavə oluraq topluya 1:50 000 miqyasında tərtib edilmiş "Qarabağın arxeoloji abidələri xəritəsi” də əlavə olunacaq.

 Qeyd edək ki,  Qarabağ neolit-eneolit ekspedisiyasının əsas tədqiqat obyekti olan İsmayılbəytəpə neolit dövrü yaşayış yerində arxeoloji qazıntı işləri ilə yanaşı, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat işlərini aparılır.

Arxeoloji kəşfiyyat işləri əsasən Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində aparılıb. Ilk dəfə olaraq Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmuş nəticədə 30-dək müxtəlif dövrlərə aid arxeoloji  abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib.